“Zirə” iki futbolçusu ilə müqavilə müddətini artırıb.
Offsideplus.az xəbər verir ki, Salifu Suma və İssa Cibrilla klubla yeni müqavilə imzalayıb.
Yeni müqaviləyə əsasən hər iki futbolçu 2027-ci ilin yayında qədər paytaxt təmsilçisində çıxış edəcək.
İssa Cibrilla 2022, Salifu Suma isə 2023-cü ildən “Zirə”nin formasını geyinir.