"Qarabağ" daha bir futbolçu ilə yolları ayıra bilər.

Offsideplus.az xəbər verir ki, söhbət Elvin Cəfərquliyevdən gedir. Müdafiəçi ilə "Ferentsvaroş" maraqlanır. Bu barədə məlumatı "Sportinfo" yayıb.

Macarıstan təmsilçisi millimizin üzvü üçün "Qarabağ"la danışıqlara başlamaq niyyətindədir. "Ferentsvaroş" bu keçid qarşılığında "Qarabağ"a 1 milyon avro təzminat ödəməyə hazırdır.

Avropalılar müdafiəçinin sonrakı satışından əldə edəcəkləri məbləğin 20 faizini "köhlən atlar"ın hesabına keçirməyə razıdırlar.

Qeyd edək ki, Elvin Cəfərquliyevin Ağdam təmsilçisi ilə 2026-cı ilin yayına qədər müqaviləsi var.