“Sumqayıt”ın müdafiəçisi İsa Suliman uzun müddətdir ki, zədəlidir.
Offsideplus.az xəbər verir ki, pakistanlı müdafiəçi artıq fərdi şəkildə məşqlərə başlayıb. Bu barədə məlumatı saytımıza açıqlamasında klubun mətbuat katibi Zaur Xudiyev verdi:
“İsa hələ ki toplu və komanda ilə məşqlərə başlamayıb. 90% ehtimalla mövsümün geridə qalan hissəsində də, meydana çıxa bilməyəcək. İstisna hal olaraq bərpa prosesinin gedişatına görə bu vəziyyət dəyişə bilər”.