Həmzət Çimayevin cari il üçün ideal planına iki döyüş daxildir, onlardan birində o, UFC-nin orta çəkidə çempionluq kəmərini qazanacaq, ikincisində isə titulunu uğurla müdafiə edəcək.

Offsideplus.az xəbər verir ki, bu barədə o, müsahibəsində məlumat verib. O, planını belə açıqlayıb:

 "Du Plessis və Striklend arasındakı döyüşdən sonra Amerikada qaliblə döyüşmək istərdim, onlar mənə bunu vəd etdilər. Ramazandan sonra formamı almaq üçün mənə bir az vaxt verəcəklər və mən may-iyun aylarında döyüşə bilərəm. Sonra 2025-ci ildə oktyabrda Abu Dabidə iki döyüş etmək - kəməri qazanmaq və onu qorumaq. Bunlar bizim planlarımızdır, amma nə olacağını görəcəyik”.