"Barselona" rəsmisi Neymarın transferi ilə bağlı yayılan iddialara aydınlıq gətirib.

Offsideplus.az xəbər verir ki, klubun idman direktoru Deko "TNT Sports"a müsahibəsi zamanı ulduz futbolçunun "Barsa"ya dönməsinin çətin göründüyünü, bu proses üçün böyük maddiyyatın lazım gəldiyini söyləyib.

Rəhbərlik nümayəndəsinin sözlərinə görə, Neymarın Braziliyaya qayıtması hazırki vəziyyətdə daha realdır.

Qeyd edək ki, 32 yaşlı futbolçu bu mövsüm "Əl-Hilal"ın heyətində cəmi 2 oyunda forma geyinib və ümumi 42 dəqiqə meydanda olub.