"Qalatasaray"ın ulduzu geri döndü.

Offsideplus.az xəbər verir ki, Qabriel Sara zədəsini sağaldaraq komandaya qoşulub.

Futbolçu heyətlə birlikdə "Konyaspor"a qarşı hazırlıq prosesinin sonuna qədər məşqdə iştirak edib.

Qeyd edək ki, braziliyalı yarımmüdafiəçi zədə səbəbindən son 3 rəsmi oyunda forma geyinməyib.