MMA döyüşçüsü Merab Dvalişvili, yaxın gələcəkdəki planları və həmkarı Aleksandre Topuria haqqında açıqlama verib.

Offsideplus.az xəbər verir ki, Dvalişvili, Topurianın döyüş texnikasının ona nisbətən daha güclü olduğunu vurğulayıb.

"Düşünürəm ki, növbəti çempion Aleksandre Topuria olacaq. O, texnika baxımından daha güclüdür. Fevralın 8-də onun debüt döyüşü olacaq və mən ona kömək etmək üçün ora uçacam. Heç vaxt Aleksandre ilə döyüşmərəm, çünki o mənim dostum və qardaşımdır. Çox güman ki, çəkimi dəyişəcəyəm və yaxud karyeramı bitirəcəyəm. Biz məşqlərdə bir-birimizi çox sərt şəkildə təkmilləşdiririk. Həmçinin, Umara qarşı olan məğlubiyyət ona faydalı olacaq və onu daha təvazökar edəcək. O, hələ gəncdir və yenidən titula doğru mübarizə aparacaq. Şübhəsiz, daha yüksək səviyyəyə qalxacaq."