Misli Premyer Liqasının 19-cu turunda "Qarabağ" "Şamaxı" ilə qarşılaşdı.

Offsideplus.az xəbər verir ki, görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatdı.

Qarşılaşmada "Offside"a düşən maraqlı məqamları diqqətinizə çatdırırıq:

* Qarşılaşmadan öncə Mərdan Kazımovun konserti keçirildi.

* İlk hissənin və matçın sonunda azarkeşlərə "Qarabağ" tərəfindən forma hədiyyə olundu.

* PFL-in Texniki-İdman direktoru Elgiz Abbasov görüşdən öncə "Ayın qolu" layihəsi çərçivəsində qalib olan Toral Bayramovu mükafatlandırıldı. 

* Matçın 4-cü dəqiqəsində fərqlənən Nəriman Axundzadə 2025-ci ildə Misli Premyer Liqasında vurulan ilk qolun müəllifi oldu.

* Cəlal Hüseynov, Vladislav Veremeyev, Andrey Tirkoveanu, Maykl Tuik, Murad Vəliyev "Şamaxı"nın heyətində debüt etdilər.

* 72-ci dəqiqə Cəlal Hüseynov öz qapısına qol vurdu. Millimizin üzvü 2025-ci ildə Misli Premyer Liqasında ilk avtoqolun müəllifi oldu.