"Relevo" nəşri Juninyonun "Qarabağ"dan "Sevilya"ya mümkün transferi ilə əlaqədar imzalanacaq müqavilənin detallarından bəhs edib.
Offsideplus.az xəbər verir ki, braziliyalı hücumçu ilə "Flamenqo" klubu maraqlansa da, Juninyo İspaniyada oynamağa həvəslidir və Əndəlüs təmsilçisi ilə anlaşıb. "Sevilya" bu keçid üçün "Qarabağ"a 4 milyon avro ödəniş edəcək. Sözləşmənin maraqlı tərəfi bundan ibarətdir ki, Juninyo transferin tamamlanması üçün 1 milyon avro Ağdam klubuna ödəyəcək.
Müxtəlif şərtlərdən əlavə, "Sevilya" Juninyo Çempionlar Liqasında oynadığı hər oyunda "Qarabağ"a 250 000 avro ödəniş etməli olacaq. Həmçinin Azərbaycan klubu Juninyonun gələcək satışlarından 20% gəlir əldə edəcək.