“Araz-Naxçıvan”ın qış hazırlıq planı zamanı keçirəcəyi yoxlama oyunlarının təqvimindı dəyişiklik olub.
Offsideplus.az xəbər verir ki, Premyer Liqa təmsilçisi əvvəlcədən nəzərədə tutulduğu kimi, yanvarın 8-də klubun əvəzediciləri ilə deyil, bir gün sonra - yanvarın 9-da “Sumqayıt”la üz-üzə gələcək.
Görüş “Kapital Bank Arena”da keçiriləcək. Oyunun başlama saatı ilə bağlı əlavə məlumat veriləcək.
Beləliklə yanvarın 5-də bir araya gələcək “qırmızı – ağlar” yanvarın 9-da “Sumqayıt”, ayın 11-də isə “Səbail”lə qarşılaşacaq.