Misli Premyer Liqasında işləri qaydasında getməyən "Neftçi" qışda heyətini yenidən formalaşdırmaq niyyətindədir.

Offsideplus.az xəbər verir ki, flaqman bu səbəbdən də bir sıra futbolçu ilə yolları ayırmağa qərar verib. 

Həmin oyunçulardan 1-i Mark Tamaşdır. Macarıstanlı qış "transfer pəncərəsi"ndə "Neftçi"dən ayrılmağa qərarlıdır. Müdafiəçinin agentləri indidən oyunçu üçün komanda axtarışına başlayıb. 31 yaşlı Tamaş böyük ehtimal karyerasını Asiyada davam etdirəcək. Onunla Səudiyyə Ərəbistanının, Cənubi Koreyanın 2-ci liqasında, Qazaxıstan Premyer Liqasında çıxış edən klublar maraqlanır.

Qeyd edək ki, Tamaş bu mövsüm "Neftçi"nin heyətində 7 qarşılaşmada meydana çıxıb. Müdafiəçi bu görüşlərdə 1 məhsuldar ötürmə edib.