Misli Premyer Liqasında 17-ci tura start verilib.

Offsideplus.az xəbər verir ki, bu gün 2 görüş keçirilib.

Autsayderlərin duelində "Şamaxı" "Səbail"i qəbul edib: 0:0.

Mərdakanda isə "Araz-Naxçıvan" "Sabah"la qarşılaşıb və 15 tur sonra ilk məğlubiyyətini yaşayıb: 0:1.

Misli Premyer Liqası

XVII tur

14 dekabr

14:00.“Şamaxı” – “Səbail” 0:0

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamran Əliyev

VAR: Rauf Allahverdiyev

AVAR: Pərvin Talıbov

Hakim-inspektor: İmanxan Sultani

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

Şamaxı şəhər stadionu.

16:30.“Araz-Naxçıvan” – “Sabah” 0:1

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Əli Əliyev

VAR: Elçin Məsiyev

AVAR: Elşad Abdullayev

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Elgiz Abbasov

“Liv Bona Dea Arena”.