Misli Premyer Liqasının 17-ci turunda "Şamaxı" "Səbail"lə heç-heçə etdi - 0:0.
Offsideplus.az xəbər verir ki, oyundan sonra qonaqların çalışdırıcısı Cavid Hüseynov mətbuat konfransında iştirak etdi.
Mütəxəssis görüş haqda bunları söylədi:
"Hər iki komanda üçün vacib oyun idi. Sonuncu yerdəyik. Bura qələbə üçün gəlmişdik, amma 1 xalla dönürük. Meydançanın vəziyyəti futbol oynamağa imkan vemirdi. Hava şaraiti öncədən bilinirdi, sinoptiklər məlumat vermişdi. Meydandançın vəziyyətini düzəltmək olardı. Buzda futbol oynamaq yaxşı olmadı. Qarşıda bizi "Zirə" ilə vacib matç gözləyir. Həmin oyuna hazırlaşacağıq. Hər oyun mənim üçün eynidir, rəqibin fərqi yoxdur. "Səbail"də 4-cü matçımdır. İstəyərdim ki, qələbə qazanaq".