Misli Premyer Liqasının 16-cı turunda "Sumqayıt" "Neftçi"ni 2:0 hesabı ilə məğlub etdi.
Offsideplus.az xəbər verir ki, qarşılaşmada yerli komandanın azarkeşləri qonaqların baş məşqçisi Samir Abasovu təhqir etmişdilər. Məsələ ilə bağlı "Sumqayıt"ın azarkeş qruplarından olan "Ultras Sumqayıt" bəyanat yayıb və mütəxəssisdən üzr istəyib:
“Matçdan öncə mətbuatda Samir Abasovun klubumuzdan gedişi ilə bağlı xoşagəlməz fikirlər yayılmışdı. Onun komandanı çətin vəziyyətdə qoyub, pula görə “Neftçi”ni seçdiyi bildirilirdi. Bu, oyun zamanı çalışdırıcının ünvanına təhqiramiz ifadələr səsləndirməyimizə gətirib çıxardı. Qarşılaşmadan sonra hər şeyi aydınlaşdırdıq. Müəyyən oldu ki, Abasovun “Sumqayıt”dan ayrılmasında heç bir günahı yoxdur. Biz məsələni yanlış anlamışıq. Bu səbəbdən mütəxəssisdən və ailəsindən üzr istəyirik”.