PFL-in təşkil etdiyi “Ayın qolu” layihəsində noyabr ayının qalibləri müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Münsiflər heyətinin üzvləri səslərini aşağıda qeyd olunan futbolçulara veriblər.
Premyer Liqada Murad Məmmədov ("Neftçi"), 1-ci Liqada Bəhruz Teymurov ("Karvan") və 2-ci Liqada Cavid İmamverdiyev ("Haypers Quba") birinci olub.