Bir neçə gün əvvəl "Şamaxı"dan ayrılan İlkin Muradovun yeni iş yeri müəyyənləşib. 

Offsideplus.az xəbər verir ki, yarımmüdafiəçi “Səbail”də çıxış edəcək. 

Bu barədə məlumatı Bayıl təmsilçisinin mətbuat xidməti rəsmən açıqlayıb. 

“Səbail” İlkin Muradovla 1,5 illik müqavilə imzalayıb.

 Xatırladaq ki, 28 yaşlı oyunçu 2022/2023 mövsümündə “Səbail”in şərəfini qoruyub.