"Araz-Naxçıvan"ın üzvü Ömər Buludovun Offsideplus.az-a müsahibəsi... 

- “Zirə” ilə təxirə salınmış matçda qələbə qazandız. Oyunla bağlı fikirlərin maraqlıdır...

- “Zirə”nin necə güclü, iddialı komanda olmasını hamı bilir. Buna baxmayaraq, meydanın hər qarışı uğrunda mübarizə apardıq və layiqli qələbə qazandıq. 

- Artıq çempionatda sizdən çəkinməyə başlayıblar. Pikə çatmısınız, yoxsa bundan da yaxşı çıxış edə bilərsiz?

- İnkişafdayıq. Amma bu, hələ maksimum deyil. Daha yaxşı çıxış edərək layiqli yerlərdə qərarlaşmaq istəyirik. 

- Çempion olmaq iştahı var? 

- Bu barədə indidən danışmaq çox tezdir. Amma istənilən bir komanda düzgün istiqamətdə irəliləyirsə, onun çempion olmaq şansı var. “Araz-Naxçıvan”la çempion olmağı çox istəyirəm. 

- Komandanda pis çıxış etmirsən. Ömər Buludov yenidən yığmaya can atırmı?

- Millidə oynamaq hər bir futbolçunun istəyidir. Amma hazırda daha çox üzərimdə çalışmaq və komandamda rəqabətdə məğlub olmamaq haqda düşünürəm. Hazırkı reallığı nəzərə alsaq, hələlik yığmada oynamaq üçün lazımi performansda olmadığım qənaətindəyəm. Amma azru olunan formaya düşərək millinin baş məşqçisindən dəvət gözləyəcəm.