"Səbail”in baş məşqçisi Şahin Diniyev Misli Premyer Liqasının 12-ci turunda “Kəpəz”ə 0:1 hesabı ilə uduzduqları oyun barədə fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, 58 yaşlı mütəxəssis Tovuzdakı matçı belə dəyərləndirib:

"Oyun haqda çox danışmağa söz yoxdur. Rəhbərliklə görüşdüm, istefa qərarımı verdim. Qərarımı dəyişmək niyyətində deyiləm. Komandaya yeni nəfəs lazımdır. Perspektiv görmürəmsə, qalmağında bir mənası yoxdur".