Misli Premyer Liqasının XII turunda "Neftçi" "Araz-Naxçıvan"a 0:1 hesabla uduzub.

Offsideplus.az xəbər verir ki, oyundan sonra baş tutan mətbuat konfransında "ağ-qaralar"ın baş məşqçisi Samir Abasov məğlubiyyəti şərh edib:

"Rəqibi təbrik edirəm. Yaxşı rəqibə qarşı oynayırdıq. Bizə əziyyət verdilər. Oyun haqqında danışmaq çətindir. Futbolçularımız zədəyə görə sıradan çıxmışdı. Turnir cədvəlində 3-cü olan komandaya qarşı oyun komandada panikaya, üzüntüyə səbəb olmuşdu. Planlar pozuldu. Bu yola çıxmışıq, öhdəsindən gəlməyə çatacağıq. Azarkeşlərə təşəkkür edirəm, futbolçularla, bizimlə söhbət etdilər. "Neftçi" olaraq uduzmamaq istəyirdik. Görüləcək işlərimiz çoxdur. Futbolçuları başa düşməyə çalışıram. Yeni informasiyaları qəbul etmək çətindir. Oyunda hücumameyilli oyunçuları buraxıb riskə getmək olardı. Amma əlimizdə olan futbolçuları buraxdıq. Oynamayan futbolçular üzərində təzyiq, travmalar özünü göstərir. Bu periodu adlamalıyıq. Çalışacağıq situasiyadan çıxaq".