Misli Premyer Liqasının XI turunda "Araz-Naxçıvan" "Zirə" ilə qarşılaşıb - 1:1.

Offsideplus.az xəbər verir ki, görüşdən sonra meydan sahiblərinin çalışdırıcısı Elmar Baxşıyev mətbuat konfransında iştirak etdi.

Mütəxəssis oyun haqda bunları söylədi:

"Yaxşı, dinamik və gərgin mübarizəli oyunun şahidi olduq. Komandalar meydanda normal iş görməyə çalışırdılar. Düşünürəm ki, komandamız 1 xal qazandı. Nəticədən razı qaldım. Son dəqiqədə üstünlük sağladıq. Məni sevindirən məqam komandamın oyundan qopmamasıdır".