Avropa çempionatlarında məhsuldar klubların siyahısı tərtib olunub. 

Offsideplus.az xəbər verir ki, cədvələ Portuqaliyanın "Sportinq" klubu başçılıq edir. Lissabon təmsilçisi 8 tur ərzində rəqib qapılarından 27 top keçirib. Komandanın orta məhsuldarlığı 3,38-dir.

İkinci pillədə 3,30 qolla İspaniya çempionatının lideri “Barselona” qərarlaşır. Kataloniya təmsilçisi 10 tur ərzində rəqib qapılarından 33 top keçirib. İlk “üçlüy”ü Niderland klubu PSV (3,22 qol) qapayır. Eyndhoven təmsilçisi 9 tur ərzində 29 qol vurub.

Siyahıda "Qarabağ" da yer alıb. Ağdam təmsilçisi Premyer Liqada 10 tur ərzində rəqiblərini 25 dəfə məyus edib. Qurban Qurbanovun komandasının göstəricisi 2,78-dir. Azərbaycan klubu klubu "Şaxtyor"la (Donetsk) birgə 9-10-cu pillələrdə qərarlaşıb.