"Neftçi" klubu cari mövsüm qələbəsizlik seriyasına son qoyub.

Offsideplus.az xəbər verir ki, "ağ-qaralar" Misli Premyer Liqasının X turunda "Səbail"i məğlub edib. "Neftçi Arena"da baş tutan oyunda Samir Abasovun komandası 3:1 hesablı qələbə qazanıb. 

Beləliklə, "Neftçi"nin cari mövsüm 9 oyunluq qələbəsizlik seriyası başa çatıb.