"Qarabağ" Azərbaycan çempionatları tarixində yeni rekord müəyyənləşdirib.

Offsideplus.az xəbər ki, "köhlən atlar" səfərdə ən çox qol vuran komanda adına yiyələnib. Bu Misli Premyer Liqasının X turunda baş verib. Ağdam təmsilçisi "Kəpəz"ə "5:0" hesabı ilə qalib gəlib.

Görüşdə vurulan 3-cü qol "Qarabağ"ın Azərbaycan çempionatlarındakı 648-ci səfər qolu olub. Nəticədə "Neftçi"ni geridə qoyan klub yeni rekorda sahib çıxıb.