Bu gün Misli Premyer Liqasında X turun daha 2 oyunu baş tutacaq.

Offsideplus.az xəbər verir ki, "Araz- Naxçıvan" liderlər qrupunda mövqeyini gücləndirmək üçün "Şamaxı" səfərinə yollanacaq. "Səbail" isə bu mövsüm qələbəyə həsrət qalan "Neftçi"nin qonağı olacaq.

Qeyd edək ki, tura sabah keçiriləcək 2 qarşılaşma ilə yekun vurulacaq.

Misli Premyer Liqası

X Tur

"Şamaxı" - "Araz-Naxçıvan" (15:30)

Baş hakim: Fərid Hacıyev

Şamaxı şəhər Stadionu

"Neftçi" - "Səbail" (18:00)

Baş hakim: Rauf Cabarov

Neftçi Arena