Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb.

Offsideplus.az Naxçıvan təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, paraqvaylı yarımmüdafiəçi Sezar Meza Kolli klubun sıralarına cəlb edilib.

Komandaya azad agent qismində qoşulan 33 yaşlı futbolçu mövsümün sonuna qədər “qırmızı-ağlar”ın formasını geyinəcək.

Qeyd edək ki, Sezar daha öncə İtaliyanın “Çezena” və “Pavia”, İspaniyanın “Alaves”, ölkəmizdə “İnter” “Keşlə”, “Şamaxı”, “Neftçi” və “Zirə” klublarının heyətində çıxış edib.