"Qarabağ"ın üzvü Aleksey Kaşuk şəxsi instaqram hesabında paylaşım edib.

Offsideplus.az xəbər verir ki, ukraynalı vinger yeni komandasında debüt etməsinə münasibət bildirib:

"Bu an üçün necə də darıxmışdım. 11 çətin aydan sonra ilk 60 dəqiqə... Uzun müddətdir gözlədiyim an, debütüm, ilk qələbəm. Ən çox sevdiyiniz işi yenidən etmək kimi heyrətamiz hiss baş tutdu. 

Amma qarşıda hələ uzun və həyəcanlı bir yol var. Gəlin, əylənək. Qaranlıq günlər arxada qaldı. Parıldamağın və geridə buraxdıqlarımı qaytarmağın vaxtı çatdı. Tezliklə görüşərik".