Kristian da Silva indiyə qədər çıxış etdiyi komandalarda bir mövsümdə iki qoldan çox vurmayıb.
Offsideplus.az xəbər verir ki, o, karyerası ərzində "Turan Tovuz"dan başqa APOEL, "ÇFR Kluj", "Nasyonal", "Pakoş Ferreyra", "Feyrense", "Kasa Pia", "Akademika Koimbra", "Sabah" kimi kollektivlərin formasını geyinib.
Artıq "Turan Tovuz"da 2 qol vuran yarımmüdafiəçi Braziliya mətbuatına açıqlama verib:
"Həmişə müdafiəyə daha çox diqqət yetirən, komandanın buradan çıxmasına kömək edən və onu təşkil edən oyunçu olmuşam. Buna görə də, hücumda nadir hallarda iştirak edirəm. 2024/25 mövsümündə bir az daha sərbəstliyim var və bu, statistikada özünü göstərir. Ümid edirəm ki, indi daha çox qol vurub, öz rekordumu qıra bilərəm".