Misli Premyer Liqasının IX turunda "Sabah" "Araz-Naxçıvan"la heç-heçə etdi - 1:1.

Offsideplus.az xəbər verir ki, oyundan sonra mətbuat konfransında qonaqların çalışdırıcısı Elmar Baxşıyev iştirak etdi. 

Mütəxəssis qarşılaşma haqda bunları söylədi:

"Yaxşı, dinamik oyun alındı. Hər iki komanda yaxşı oyun sərgilədi. Komandamdan daha artığını istəyirəm. Düşünürəm ki, zaman keçdikcə mənim istədiyim oyunu sərgiləyirlər. Amma daha rəngarəng ola bilərik. Bu günkü qarşılaşmada hər iki komanda yaxşı oyun sərgilədi. Ədalətli nəticə qeydə alındı".