"Sabah"ın hücumçusu Coy-Lens Mikels "Qarabağ"la Azərbaycan çempionatı matçından sonra Offsideplus.az-a oyunla bağlı fikirlərini bölüşüb. 

Futbolçu bu sözləri deyib:

"İlk hissədə yaxşı başlamadıq, 3 qol buraxdıq. Niyə yatdığımızı bilmədim, amma oyunda 1-2 dəqiqə yuxulasan, "Qarabağ" tərəfindən cəzalanacaqsan. İkinci hissənin əvvəlində 2 qol vurduq. "Qarabağ"ın 4-cü qolu vurma ehtimalındansa, bizim hesabı bərabərləşdirmək şansımız çox idi. Heç olmasa, hesabı 3:2 etdik".