Misli Premyer Liqasının VIII turunda "Qarabağ" "Sabah"ı 3:2 hesabı ilə məğlub etdi.
Offsideplus.az xəbər verir ki, oyundan sonra qonaqların çalışdırıcısı Krunoslav Renduliç mətbuat konfransında iştirak etdi.
Mütəxəssis məğlubiyyət haqda bunları söylədi:
"Qarabağ"ı təbrik edirəm. Qalibiyyətə layiq idilər. Əfsuslar olsun ki, ilk 10 dəqiqədə oyuna köklənə bilmədik. 2 qol buraxdıq. Ondan sonra matça köklənə bilmədik. İlk hissənin sonunda qol vurduq. İnanırdım ki, şanslarımız olacaq. Əfsuslar olsun ki, son dəqiqədə 2 qol şansını qaçırdıq. Oyunçularımı təbrik edirəm. Vuruşdular. Amma heyf ki, hesabı bərabərləşdirə bilmədik. Müdafiədə səhvlər etdik. Qollar buraxdıq. Bunda günahkar mənəm. Çünki qapıçını mən seçirəm. Oyunçuları meydana mən buraxıram. Məğlubiyyətdə günahkar mənəm"