Misli Premyer Liqasının VIII turunda "Neftçi" "Sumqayıt"la heç-heçə etdi - 1:1.
Offsideplus.az xəbər verir ki, görüşdən sonra qonaqların baş məşqçisi Samir Abasov mətbuat konfransında iştirak etdi.
Mütəxəssis qarşılaşma haqda bunları söylədi:
"İtirdiyimiz xallara görə məyusuq. Ard-arda məğlubiyyətdən sonra ayağa qalxmaq üçün stimul qazana bilərdik. Referinin idarəçiliyindən də narazıyam. Bu, mənim fikrimdir. Epizoda baxdım. Penalti var idi. "Neftçi"yə qarşı xüsusi köklənmə işə yaradı. Düzdür, son nöqtələri qoya bilmirdik. 4 oyun uduzmuşduq. Düzdür, fəlakət deyildi. Amma ruhsuz oynayırdıq. Oyunçularda da, məndə də düşüş var idi. Azarkeşlərə təşəkkür edirəm. Bizə dəstək oldular. Şəhərə yaraşan oyun sərgiləmirdik. Amma bu gün yaxşı təsir bağışladıq. Təəssüf ki, qalib gələ bilmədik".