Bu gün Misli Premyer Liqasında VII tura start verilib.

Offsideplus.az xəbər verir ki, ilk gündə 2 qarşılaşma keçirilib.

Tovuzda "Kəpəz" "Şamaxı" ilə qarşılaşıb. Şamaxılılar rəqibini 2:0 hesabla məğlub edib.

Günün və turun əsas matçı Bakıda keçirilib. "Qarabağ" "Neftçi"ni qəbul edib. Azərbaycan derbisində ağdamlılar rəqibi 4:0 hesabla darmadağın edib. 

Misli Premyer Liqası

VII tur

20 sentyabr

17:00. “Kəpəz” – “Şamaxı” 0:2

Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Kamran Bayramov, Nicat İsmayıllı.

VAR: Rauf Cabarov.

AVAR: Vüsal Məmmədov.

Hakim-inspektor: Asim Xudiyev.

AFFA nümayəndəsi: Bəhram Qurbanov.

Tovuz şəhər stadionu

20:00. “Qarabağ” – “Neftçi” 4:0

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev.

VAR: İnqilab Məmmədov.

AVAR: Namiq Hüseynov.

Hakim-inspektor: Ramil Diniyev.

AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.

"Azərsun Arena"