AFFA-nın təşkilatçılığı ilə keçirilən aşağı yaş qrupları üzrə liqalarda növbəti oyunlar keçirilib.

Offsideplus.az xəbər verir ki, “Sabah” Futbol Akademiyasının komandaları keçirdikləri 4 oyunun 3-dən qələbə ilə ayrılıblar (1 heç-heçə).

U-15 Liqası

Kəpəz – Sabah 2:3

Qollar: Xəzər Hüseynzadə, Ayxan İbadov, Ruslan Əbilov.

U-16 Liqası

Səbail – Sabah 1:1

Qol: Kənan İmamquliyev.

U-17 Liqası

Sabah – Sumqayıt 1:0

Qol: Ümid Səlimov.

Gənclər Liqası (U-19)

Sabah – Səbail 1:0

Qol: Anar Hüseynov.