Bu gün Misli Premyer Liqasında VI tura yekun vurulub.

Offsideplus.az xəbər verir ki, günün ilk qarşılaşmasında "Zirə" "Neftçi"ni qəbul edib. Rəşad Sadıqovun komandası "ağ-qaralar" üzərində 2:0 hesablı qələbə qazanıb. "Neftçi" isə cari mövsüm qələbəsizlik seriyasını davam etdirir. 

Günün ikinci qarşılaşması "Sabah" və "Turan Tovuz" komandaları arasında olub. Bu görüş 2:2 hesabla yekunlaşıb. 

Qeyd edək ki, "Turan Tovuz" 14 xalla liderliyini davam etdirir, 2 az xalı olan və 1 oyun az keçirən "Qarabağ" ikincidir. "Sabah" 11 xalla üçüncü yerdə qərarlaşıb. "Zirə" 9 xalla beşinci pilləni tutur, "Neftçi" isə 4 xalla turnir cədvəlində axırdan ikincidir.