Bu gün Misli Premyer Liqasının VI turunda "Qarabağ" "Kəpəz"i məğlub etdi - 2:1.

Offsideplus.az xəbər verir ki, görüşdən sonra qonaqların çalışdırıcısı Şahin Diniyev mətbuat konfransında iştirak etdi.

Mütəxəssis məğlubiyyət haqda bunları söylədi:

"Yaxşı oyun oldu. Qarşılıq hücumlar izlədik. "Qarabağ" Premyer Liqadakı komandalardan birbaş üstündür. Bizim kollektiv də yaxşı oyun sərgilədi. Yaxşı epizodlarımız oldu. Fərdi səhvlərə yol verdik. Bu da başa düşüləndir. Öz komandama təşəkkür edirəm. Tapşırıqları yerinə yetirdilər".