İFFHS klublarının növbəti reytinq cədvəlini tərtib edib.

Offsideplus.az xəbər verir ki, sentyabr üçün tərtib olunan siyahıda "Qarabağ" 52-ci sırada qərarlaşıb.

Son Azərbaycan çempionu ötən ay 34-cü pillədə qərarlaşmışdı. Hazırda komandamızın hesabında 182,75 xal var.

"Qarabağ" reytinqdə "Mançester Yunayted", "Napoli" kimi nəhəngləri qabaqlayır.

Digər klublarımızdan “Zirə” (91,25) 211-ci, “Sabah” (59) 428-ci, “Neftçi” (53,5) isə 482-ci sırada yer alıb.