"Qarabağ" növbəti transferini reallaşdırıb.
Offsideplus.az xəbər verir ki, "köhlən atlar" Ukraynanın “Şaxtyor” (Donetsk) klubu ilə müqaviləsi bitdikdən sonra azad agent statusu daşıyan Aleksey Kaşuku heyətə cəlb ediblər.
Klubla 24 yaşlı hücumameylli yarımmüdafiəçi arasında 3 illik müqavilə imzalanıb.
Ukraynanın “Şaxtyor” (Donetsk) klubunun yetirməsi olan Aleksey Kaşuk 2019-2022-ci illərdə icarə əsasında ölkəsində “Mariupol”un, 2022-2023-cü il mövsümündə isə Azərbaycanda “Sabah”ın formasını geyinib. Ukraynanın aşağı yaş qrupu üzrə bütün yığmalarında çıxış etmiş yarımmüdafiəçi 2019-cu ildə 20 yaşadək futbolçulardan ibarət milli komandalar arasında keçirilən dünya çempionatının qalibi olub.