Misli Premyer Liqasının IV turunda "Zirə" "Şamaxı"ya minimal hesabla uduzub: 0:1.
Offsideplus.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov matçı şərh edib:
"Oyun bizim üçün uğursuz başladı. 30-cu saniyədə standart vəziyyətdən təhlükəli epizod yarandı. Rəqib əks hücumda bizi yaxaladı. Möhtəşəm zərbə idi, qol oldu. İkinci hissədə oyuna nəzarət edən biz idik. Futbolçulardan razı qaldım. Ağır məğlubiyyət almışdıq. Bunu, yol yorğunluğunu nəzərə alsaq, oyunçularım yaxşı mübarizə apardı. İkinci hissədə rəqib qapısıçı keçilməz idi. Bu hesabda önə çıxmağın qarşısını aldı".