Misli Premyer Liqasının IV turunda "Araz-Naxçıvan" "Neftçi" ilə 1:1 hesablı heç-heçə edib.
Offsideplus.az xəbər verir ki, oyundan sonra baş tutan mətbuat konfransında muxtar respublika təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev matçı şərh edib.
"Maraqlı oyun oldu. Hər iki komanda mübarizlik apardı. Düşünürəm ki, komanda şəklində oyundan daha üstün idik. Futbolun yazılmayan qanunları var".
O, Roman Qriqorçukun qol epizodunda qayda pozuntusu olduğunu qəbul etməməsini bu cür şərh edib:
"Bu onun fikridir. Mənim fikrimcə, oyunda feyr-pley qaydası pozulmuşdu. Biz də uduzan komanda olduğumuz zamanlar buna riayət etmişik".