Misli Premyer Liqasının IV turunda "Neftçi" səfərdə "Araz-Naxçıvan"la 1:1 hesablı heç-heçə edib.
Offsideplus.az xəbər verir ki, oyundan sonra baş tutan mətbuat konfransında "ağ-qaralar"ın baş məşqçisi Roman Qriqorçuk matçı şərh edib. O, Ramil Şeydayevin qolu barədə bu sözləri deyib:
"Mən bu qolda heç bir problem görmürəm. Elə bir səbəb görmədik ki, feyr-pley barədə danışılsın. Hər şeyi dəqiqliklə gördüm, oyunçu ayağa qalxırdı. Bizim oyunumuz ayağa qalxırdı, onların futbolçusunun topu bayıra atması üçün səbəb yox idi".