"Hazırda heç kimə maaş borcumuz yoxdur".
Bu sözləri Offsideplus.az-a açıqlamasında "Şamaxı"nın baş meneceri Kamran İsmayılov dedi.
"Şirlər"in rəsmisi klubun bəzi oyunçulara ötən mövsümdən qalan borclarının ödənildiyini bildirdi:
"Bircə çempionluq üçün söz verdiyimiz mükafat verilməyib. Onu da komandaya elan edəndə demişdik ki, sentyabrda veriləcək. Qeyd etdiyimiz kimi də həmin vaxta da ödəniləcək. Amma, heç bir futboçuya maaş borcumuz yoxdur".