Bu gün İntizam Komitəsinin iclası keçirilib.
Offsideplus.az xəbər verir ki, qurum Misli Premyer Liqasının II turunun "Səbail" - "Neftçi" matçı ilə bağlı aşağıdakı qərarları qəbul edib:
* "Dənizçilər" 5 futbolçusu sarı vərəqə aldığına görə 700 manat cərimə edilir (maddə 37);
* Oyun bitdikdən sonra stadionda “Neftçi” azarkeşlərin iğtişaş törədildiyinə görə 4000 manat cərimə edilir (maddə 51.5);
* Matç başa çatdıqdan sonra flaqmanın 99 nömrəli futbolçusu Ervin Koffi azarkeşlərə kənar əşya atdığına görə 2 oyun cəzalanır, “Neftçi” 2000 manat cərimə edilir (maddə 40.4);