“Neftçi Arena” müvəqqəti olaraq təmirə bağlanır.
Offsideplus.az xəbər verir ki, bu barədə məlumatı klubun mətbuat xidməti yayıb.
Bununla əlaqədar flaqmab tərəfindən Peşəkar Futbol Liqasına rəsmi müraciət ünvanlanıb. Yenilənmə prosesinin Misli Premyer Liqasının 7-ci turunda “Qarabağ”la ev oyununa kimi tamamlanması nəzərdə tutulub.
Bu səbəbdən tərəflərin razılığına əsasən, “Neftçi” ölkə çempionatının 3-cü turunda, avqustun 18-də “Sabah”la keçirəcəyi ev oyunu “Liv Bona Dea Arena”da təşkil olunacaq. Digər razılaşmaya görə, Peşəkar Futbol Liqasının təsdiqi əsasında “Şamaxı” ilə oyunun yeri dəyişdirilib. 5-ci turda keçirilməsi nəzərdə turulan “Neftçi” – “Şamaxı” görüşü Bakıda yox, Şamaxıda oynanılacaq. İkinci dövrənin “Şamaxı” – “Neftçi” matçı isə “Neftçi Arena”da baş tutacaq.