"Neftçi"də xaos davam edir.
Offsideplus.az xəbər verir ki, flaqman bir futbolçu ilə problem yaşayır. Söhbət millimizin sabiq üzvü Qara Qarayevdən gedir.
Roman Qriqorçuk yarımmüdafiəçinin performansından narazıdır. Ukraynalı mütəxəssis futbolçunu əvəzedici heyətə göndərib.
Maraq üçün bildirək ki, Qaranın adı Misli Premyer Liqasının I turunda "Turan Tovuz"la matçda iştirak ərizəsinə salınıb. "Səbail"lə görüşdə isə "23-lük"də olmayıb.
Yarımmüdafiəçi əsas komanda ilə məşqlərə də qoşulmur. O, əvəzedici heyətə göndərilib. Qara ikinci komanda ilə oyunlara çıxmaqdan imtina edib.
Məsələ ilə bağlı həm klubun, həm də Qaranın mövqeyini işıqlandırmağa hazırıq.