“Neftçi”nin baş məşqçisi Roman Qriqorçuk Rafael Quzzonun transfer olunmasına münasibət bildirib.

Offsideplus.az xəbər verir ki, ukraynalı mütəxəssis klubun rəsmi saytına açıqlamasında portuqaliyalı futbolçunun komandanın oyun üslubuna tam uyğun gəldiyini deyib:

“Çox şadam ki, daha bir yaxşı oyunçunu transfer edə bildik. Rafael Quzzo bizim oyun üslubumuza tam uyğun gələn maraqlı futbolçudur. Düzdür, bizə bir az gec qoşulub, amma qısa müddətdə onu optimal formaya çatdırıb xidmətlərindən yararlanmaq istəyirik. Quzzonun bizə çox köməyi dəyəcək, ona ümidimiz böyükdür”.