Misli Premyer Liqasının I turunda "Sabah" "Şamaxı" ilə qarşılaşdı.
Offsideplus.az xəbər verir ki, oyun 2:2 hesabı ilə başa çatdı.
Qarşılaşmada "Offside"a düşən maraqlı məqamları diqqətinizə çatdırırıq:
* Oyunu izləyənlər arasında millimizin baş məşqçisi Fernandu Santuş da var idi.
* Hava çox isti olduğundan İnqilab Məmmədov həm ilk, həm də ikinci hissədə su fasiləsi verdi.
* İlk hissədə Ayxan Abbasov tez-tez Conatan Bentekenin adını çəkirdi. Mütəxəssis hücumçudan fəal olmağı tələb edirdi.
* Beladji Pussi qolu vurduqdan sonra qaçaraq əvvəlcə Ayxan Abbasovu, daha sonra Kamal Bayramovu qucaqladı.
* Oyun bitən kimi "Sabah"ın məşqçisi Rəşad Eyubov Rauf Rüstəmlini qucaqlayaraq təbrik etdi.
* Tellur Mütəllimov qarşılaşma bitəndən sonra "Şamaxı"nın oyunçuları ilə tək-tək görüşərək onlara təşəkkür etdi.