Misli Premyer Liqasının I turunda "Zirə" "Səbail"i 4:1 hesabla məğlub edib. 

Offsideplus.az xəbər verir ki, oyundan sonra baş tutan mətbuat konfransında "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov matçla bağlı fikirlərini bölüşüb.

"Futbolçularımı təbrik edirəm. Bu oyuna hazırlaşmalarına görə, demək olar ki, vaxtımız yox idi. 1-ci dəqiqədən final fitinə qədər futbolçuların oyuna kökləndiyi göründü. Yaxşı başladıq, ikinci hissədə rəqibin qüvvə ilə atılacağını bilirdik. İkinci hissənin əvvəli çətin oldu, lakin sonra qol vurduq. Səfərdə, avrokuboklarda oynamaq çətindir. Yenə də futbolçularıma təşəkkür edirəm".