Misli Premyer Liqasının I turunda "Sabah" "Şamaxı" ilə bacarmadı - 2:2.
Offsideplus.az xəbər verir ki, görüşdən sonra keçirilən mətbuat konfransında "bayquşlar"ın çalışdırıcısı Krunoslav Renduliç də iştirak etdi.
Mütəxəssis görüş haqda bunları söylədi:
"Əvvəlcə "Şamaxı"nı təbrik edirəm. Onlar 1 xal qazandılar. Oyunun taleyini ilk hissədə həll etməli idik. Fasiləyə kimi qol buraxdıq. İkinci hissədə bir səhv etdik. Onlar da bunlar yararlandılar. Rəqib qapıya 2 zərbə vurdular və hər ikisi də qol oldu. Belə səhvlər etməməliyik. "Makkabi" ilə gərgin oyun keçirdik. Matç 3 saat keçdi. Yorğunluq var idi. Heyət dəyişmişdi. Bu da oyunumuza təsir etdi".
Məşqçi hər iki cəbhədə mübarizə aparacaq gücdə komanda olub-olmadıqlarını haqda da danışdı:
"Əlbəttə bəhanələr sığınmaq istəməzdim. Amma bu gün 3 futbolçu qırmızı vərəqəyə görə meydana çıxmamışdı. Bundan əlavə, zədəlilər var idi. Uzun müddətdir oynamayan futbolçular meydana çıxmışdı. Birdən-birə 6-7 oyunçu olmayanda komandanın kimyası dəyişir. Gənclərdən razı qaldım. Lakin bu cür dəyişikliklər komandanın oyununu dəyişir."