Bu gün Misli Premyer Liqasında I tura yekun vurulub. 

Offsideplus.az xəbər verir ki, son oyun günündə 2 qarşılaşma baş tutub.

"Sabah" evdə "Şamaxı" ilə 2:2 hesablı heç-heçə edib.

"Səbail" isə Zirənin eyni adlı komandası ilə üzləşib. Bu oyunda Rəşad Sadıqovun komandası 4:1 hesablı qələbə qazanıb. 

Misli Premyer Liqası, I tur

4 avqust

17:30. "Sabah" - "Şamaxı" 2:2

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Fərid Hacıyev

VAR: Tural Qurbanov

Masazır, "Bank Respublika Arena".

20:00. "Zirə" - "Səbail" 4:1 

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əli Əliyev

VAR: Nicat İsmayıllı

Zirə İdman Kompleksinin stadionu.