Misli Premyer Liqasının I turunda "Sumqayıt" "Kəpəz"i 2:0 hesabı ilə məğlub etdi.
Qarşılaşmadan sonra Offsideplus.az-ın əməkdaşı "kimyaçılar"ın baş məşqçisi Samir Abasova belə sual ünvanladı:
"Fehervar"la oyundan sonra demişdiniz ki, belə situasiya həmişə mənim başıma gəlir. Sizcə, klub prezidentləri düşünür ki, Samir Abasov bu heyətlə avrokuboklarda mübarizə apara bilər? Yoxsa, bu, sizin qara bəxtinizdir?"
Mütəxəssis sualı belə cavabladı:
"Hər ikisi. Güvəndirsə, bizim üçün xoşdur. Amma görsənən budur ki, fəsadları güvəncdən daha böyük olur. Amma fəsadlar Azərbaycan klublarının adına yazılır. Biz də bunun əziyyətini çəkdik. Keçmişə qayıtmaq istəmirəm. Səbəblərini araşdırmaq və demək istəmirəm. Siz bunları çox gözəl bilirsiniz. Transferləri vaxtında edilsəydi də, "Fehervar" düşməmişəm öncə avrokubokları təcrübə olaraq görürdüm. Bəzi futbolçularım inkişaf mərhələsindədir. Əsas də yerli uşaqlar. Onlar çox yaxşı səviyyə çatıblar. Çempionatdan sonra onlara dedim ki, yaxşı durumdasınız. Müştəriləriniz çoxalıb. Amma bu, yetərli deyil ki, "Fehervar"ı keçə bilməmisiniz. Amma bu oyunların nəticələrinə əsasən çempionat üçün nələrsə edə bilərik. "Fehervar"dan daha güclü rəqib düşə bilərdi. Fərdi olaraq oyunçularımdan daha yaxşı oyun tələb etmişəm. Amma Səbuhi, Murad və digər futbolçularım çox artırıblar. Ümid edirəm ki, onlara göz dəyməz. Nə vaxtsa yenidən avrokuboklara vəsiqə qazansaq, istədiyimiz nəticələri əldə edə biləcək potensialda olmağımızı ümid edirəm".